Xalq artistindən prezidentə müraciət - Xalqı "həkimlər"dən xilas edin

Baxış sayı:
780

Xalq artisti Brilliant Dadaşova Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə müraciət ünvanlayıb. 
Müğənni Azərbaycan həkimləri ilə bağlı ölkə prezidentinə şikayət edib: 
"Əziz prezidentimiz, sizə qurban olum. Bu xalqı çoxsaylı pinəçi "həkim"lərin əlindən xilas edin. Qohumlarımın əksəriyyəti yaxşı, savadlı həkim olduqları üçün xəbərdaram ki, bir neçə il bundan əvvəl həkimlər arasında test imtahanı keçirilmişdi. 
Rus dilində təhsil aldıqlarına görə, hansı həkim Azərbaycan dilində yaxşı bilmirdisə, onu işdən uzaqlaşdırırdılar. Bunun nəticəsi artıq göz qabağındadır. Həkim Azərbaycan dili ədəbiyyatını yox, təbabəti bilməlidir".

Xalq artisti paylaşımında Prezidentin sosial şəbəkə hesabını da işarəyib.