Xalq artisti Fuad Poladovda xərçəng xəstəliyi aşkarlanıb

Xalq artisti Fuad Poladovda xərçəng xəstəliyi aşkar olunub.
Bu barədə APA-ya Milli Onkologiya Mərkəzindən məlumat verilib.
Mərkəzdən bildirilib ki, xərçəng Fuad Poladovun ağciyərinin sol payında aşkarlanıb. Xalq artisti iyulun 12-də Milli Onkologiya Mərkəzində qeydiyyata alınıb: “Fuad Poladov sonuncu dəfə avqustun 30-da I Kimyaterapiya Şöbəsində yataq şəraitində müalicə alıb”.
Qeyd edək ki, xəbəri ilk olaraq APA TV yayıb.