Xalq artisti dollarları yerə səpdi - VİDEO

Baxış sayı:
262

Xalq artisti Brilliant Dadaşova yeni layihəsi ilə dinləyicilərini növbəti dəfə təəccübləndirib.

Sənətçi sözlərini özü, musiqisini isə Fərid Kərimlinin yazdığı “Para-para” adlı mahnısına klip çəkdirib. Türkiyədə çəkilən klipin rejissoru Erkan Nasdır.

Ekran işində bir neçə obraz yaradan Xalq artistinin mahnısı 15 milyondan çox abunəçisi olan “Netd Müzik” yutub platformasında yerləşdirilib.

Puldan bəhs edən mahnıda ifaçının əlindəki dollarları yerə səpməsi səhnəsi diqqət çəkib.