Xalq artisti: “Çölə çıxmağa utanıram”

Hələ ki, yeriyə bilmirəm.
Bu sözləri xalq artisti Yalçın Rzazadə səhhəti haqda Kult.az-a danışarkən deyib. O, bir qədər yaxşılaşdığını bildirib:
“Ayağıma su toplanmışdı. İndi düzəlib. Müalicə olunuram. Əvvələ baxanda yaxşıyam. Amma yenə də ağırlarım olur. Həyətə ancaq əsa ilə çıxa bilirəm. Ona görə də utanıram, şəhərdə görünmürəm. Elə ancaq evdəyəm”.
Qeyd edək ki, xalq artisti bir müddət öncə yıxılaraq ayağını sındırmışdı.