​“Xalq arasında nüfuzum yoxdur” - Araz Əlizadədən ETİRAF

Baxış sayı:
3787

“Normal, demokratik, şəffaf, azad seçkilər keçdi”.
 
Muxalifət.az xəbər verir ki, bu sözləri "Azadlıq" radiosuna açıqlamasında Sosial Demokrat Partiyasının sədri, ilkin nəticələrə görə 1.39 faiz səs alan Araz Əlizadə bildirib.
O qeyd edib: “Mənim bütün məntəqələrdə müşahidəçilərim vardı. Pozuntulara rast gəlməmişik”.
A.Əlizadə az səs toplamasının səbəbini belə izah edib: “Yəqin xalq arasında nüfuzum yoxdur”.
“Bu halda növbəti seçkidə iştirak edəcəksinizmi” sualının cavabında A.Əlizadə növbəti seçkilərdə 74 yaşının olacağını, bu səbəbdən qatılmayacağını bildirir: “Deyirsiz əlimdə əsa, əsə-əsə seçki kampaniyası aparım?..”.