Xaləddin İsgəndərovun saysız-hesabsız mülkləri onu yenə “birinci” etdi – 16 SAYT İCRA BAŞÇISI HAQDA YAZDI

Ötən həftə ikinci yeri Lənkəranın icra başçısı Taleh Qaraşov, üçüncü yeri isə Şəmkirin başçısı Alimpaşa Məmmədov tutub

Baxış sayı:
9456

Dəyərli oxucular! Muxalifet.az saytı hər həftənin ikinci günü yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız.

Beləliklə, ötən həftə - 01-07 yanvar 2018-ci ildə mətbuatda adı ən çox hallanan icra hakimiyyəti başçıları arasında 1-ci yeri “Xaləddin İsgəndərov özü ilə bağlı ən pis aqibətə hazırlaşır - ŞOK İDDİA”, “Xaləddin İsgəndərov milyonları necə mənimsəyib? - İcra başçısının saysız-hesabsız mülkləri - FOTOLAR”, “İCRA BAŞÇISININ MİLYONLUQ VİLLALARI – Fotolar”, “Xaləddin İsgəndərovun milyonluq “Mixaylovka əməliyyatı” – VİDEO” və “Xaləddin İsgəndərovu ərəb şeyxləri ilə nə bağlayır?” adlı 5 məqalənin 16 saytda yayılması ilə, əvvəlki həftələrdə olduğu kimi, yenə Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov tutmuşdur.

Hesabat dövründə mətbuatda adı ən çox hallanan icra başçıları arasında 2-ci yeri “Xocalı parkını satan Lənkəranın icra başçısının şok əməlləri”, ““Hansı dövrdür ki, kiməsə zorla bilet satasan?” - İcra nümayəndəsindən açıqlama”““Bu şəhərdə”nin biletləri müəllimlərə məcburi satılıb - Lənkəranda” 3 fərqli başlıqlı məqalənin 13 elektron KİV-də yayılmasıyla Lənkəran rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov tutur.

Nəhayət, mətbuatda adı ən çox hallanan icra başçıları arasında 3-ci yeri isə “Aslan Aslanovun qardaşı Şəmkirə icra başçısı gəlir?” adlı məqalənin 4 elektron KİV-də yayılmasıyla Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov tutur.

Muxalifet.az