​Xaləddin İsgəndərovdan seçki öncəsi sabotaj… İCRA BAŞÇISI YENƏ MEDİANIN GÜNDƏMİNDƏDİR

Daşkəsənin icra başçısı Əhəd Abıyev həftənin ikincisi seçildi

Baxış sayı:
13246

Dəyərli oxucular! Muxalifet.az saytı hər həftənin ikinci günü yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız. Beləliklə, ötən həftə - 11-18 fevral 2018-ci ildə mətbuatda adı ən çox hallanan icra başçıları arasında 1-ci yeri “Xaləddin İsgəndərov tikintilərdən pul yığan qardaşı oğlunu rayondan qovdu”, “Xaləddin İsgəndərov yaxın günlərdə görəvdən alınır - Onu "vurmaq"”, “Xaləddin İsgəndərovdan seçki öncəsi sabotaj - Başçı bunu qəsddən edir?” və “Xaləddin İsgəndərov yenə də öz ampluasındadır” başlıqlı 4 məqalənin 8 saytda yayılması ilə yenə Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov tutmuşdur. Hesabat dövründə mətbuatda adı ən çox hallanan icra hakimiyyəti başçıları arasında 2-ci yeri isə “Əhəd Abıyev aprel qazisini Elmar Vəliyev və Kərəm Həsənovla qovğasına bağladı – Qalmaqal” adlı məqalənin 4 Elektron KİV-də yayılması ilə Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev tutmuşdur. Nəhayət, mətbuatda adı ən çox hallanan icra başçıları arasında 3-ci yeri “Xətainin icra başçısı xeyir-şər evini sökdürür” adlı məqalənin 3 elektron KİV-də yayımlanması ilə Xətai rayon İcra başçısı Razim Məmmədov tutur. Muxalifet.az