Xaləddin İsgəndərov məhkəmə qarşısında – İCRA BAŞÇISININ ADI MEDİANIN GÜNDƏMİNDƏN DÜŞMÜR

İsmayıllının icra başçısı Mirdamət Sadıqov ötən həftənin ikincisi oldu

Baxış sayı:
12532

Dəyərli oxucular! Muxalifet.az saytı hər həftənin ikinci günü yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız.

Beləliklə, ötən həftə - 05-11 fevral  2018-ci ildə mətbuatda adı ən çox hallanan icra başçıları arasında 1-ci yeri “Xaləddin İsgəndərov məhkəmə qarşısında” və “Binəqədinin icra başçısına yeni rüşvət ittihamları” başlıqlı 2 məqalənin 6 saytda yayılması ilə Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov tutmuşdur.

Hesabat dövründə mətbuatda adı ən çox hallanan icra başçıları arasında 2-ci yeri “Fazil Məmmədovun daha bir kadrı hədəfdə - Hesablama Palatası İcra Hakimiyyətini yoxlayır” adlı məqalənin 4 elektron KİV-də yayılması ilə İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqov tutmuşdur.

Nəhayət, mətbuatda adı ən çox hallanan İcra Hakimiyyəti başçıları arasında 3-ci yeri isə “Abşeron İcra başçısı İradə Gülməmmədova artıq müharibə əlillərinin üstündə öz gücünü sınıayır: “Azərbaycanda yaşamaq hüququm yoxdursa...”” adlı məqalənin 3 elektron KİV-də yayımlanması ilə  Abşeron rayonunun icra başçısı İradə Gülməmmədova tutur.

Muxalifet.az