XAİN PLAN ORTAYA ÇIXDI - Terrorçubaşı Karayılandan təlimat...

Baxış sayı:
967

PKK-nın terrorçubaşı "Camal" kod adlı Murat Karayılanın hazırladığı və sözdə Xalq Müdafiə Mərkəzi qərargahı tərəfindən 29 dekabr 2018-ci ildə təşkilat heyətlərinə simsiz rabitə ilə ötürülən təlimatlar təşkilatın girdiyi böhrandan xilas olmaq üçün böyük səy sərf etdiyini gözlər önünə sərir.
 
Təlimatda terror təşkilatının yaradılmasının 41-ci ildönümü yeni bir prosesin başlanğıcı olaraq xarakterizə edilərkən bu prosesin sonunda terror təşkilatının lideri Abdullah Öcalana yönəlik "təcrid"in qaldırılmasının hədəfləndiyi ifadə edilir. Bundan əlavə, bütün terrorçular bu məqsəd üçün “dirəniş” məqsədli aksiyalara çağırılır. Digər tərəfdən, təlimatda “Zeytun Budağı”hərəkatı ilə əlaqədar etdiyi açıqlamaya görə 31 yanvardan bu yana Diyarbakır Həbsxanasında məhbus olan HDP-nin Hakkari millət vəkili Leyla Güvənin PKK-nın əmri ilə 7 noyabr 2018-ci ildə başladığı aclıq aksiyasına işarə edilir. Güvənin hərəkəti öz təşəbbüsü ilə başlatdığını önə çəkən PKK, sahibləndiyi aclıq aksiyasına təşkilat içində fəaliyyətsizin sonlandırılması və terror təşkilatı üzvlərinin hərəkətə keçirilməsi üçün başlanğıc nöqtəsi kimi görür.
Terrorçulara ötürülən talimatlarda söz mövzusu aclıq aksiyasi, bir tərəfdən sözdə müqavimətin başlanğıcı olaraq xarakterizə edilərkən, digər tərəfdən də 2019-a "ictimai müqavimət” atmosferində girildiyi iddiasıyla terrorçular motivasiya edilməyə çalışılır. Təhlükəsizlik mütəxəssisləri bu vəziyyəti, "PKK içində olduğu böhrandan çıxmaq üçün terror təşkilatının lideri Abdullah Öcalan kartından istifadə etmək istəyir " kimi dəyərləndirib.
Mütəxəssislərin fikrincə, bir tərəfdən PKK terror hücumları xaos mühiti yaratmaq, digər tərəfdən kütləvi hərəkat başlatmağı planlaşdırır. PKK-nın HDP-də və digər qurumlarda kütləvi aclıq hərəkatı başlatmaqla diqqəti özlərinə cəlb etmək istəyirlər.

Müxalifət.az