Xaftarın hərbi düşərgəsinə hücum oldu

Baxış sayı:
6397

Xəlifə Xaftarın başçılıq etdiyi Liviya Milli Ordusuna məxsus hərbi düşərgə hücuma məruz qalıb.
Bu haqda “RİA-Novosti” agentliyinə Sabxa şəhərindəki mənbə bildirib.
“Sabxa hərbi rayonunda Liviya Milli Ordusuna aid düşərgələrdən biri silahlı hücuma məruz qalıb”, - mənbə deyib.
Hazırda ölkədə ikihakimiyyətlilik hökm sürür: şərqdə - Tobruk şəhərində seçkilərdə qələbə qazanan parlament, qərbdə - paytaxt Tripolidə isə BMT və Avropa İttifaqının dəstəyi ilə qurulan Milli Həmrəylik Hökuməti fəaliyyət göstərir. Ölkənin şərq hissəsinin hakimiyyət orqanları Tripoliyə tabe olmur və Xəlifə Xaftarla əməkdaşlıq edir.
Aprelin 4-də Xaftar Tripoliyə hücumun başlandığını elan edib. Əgər Xaftar Tripolini tutmağı bacararsa, onda onun ordusu Liviya üzərində nəzarəti tamamilə ələ keçirəcək.