​Xadimələrin pulunu oğurlayan TURİST TUTULDU

Bakıda qaldığı oteldə oğurluq edən xarici vətəndaş saxlanılıb.
DİN-in verdiyi məlumata görə, Səbail RPİ 39-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oktyabrın 5-də rayon ərazisində yerləşən otellərin birində xadimə işləyən 2 qadının çantalarından ümumilikdə 580 manat və 40 lari pul oğurlamaqda şübhəli bilinən, həmin oteldə turist kimi qalan bir əcnəbi vətəndaş tutulub.
Faktla bağlı araşdırma aparılır.