Xaçmazda YANĞIN: ikimərtəbəli ev

Baxış sayı:
5980

Fevralın 28-də axşam saatlarında Xaçmaz şəhərində yanğın hadisəsi baş verib.
Azərtac xəbər verir ki, yanğın şəhərin Hacı Zeynalabdin Tağıyev küçəsində yerləşən ikimərtəbəli evdə qeydə alınıb. Yanğın nəticəsində xəsarət alan olmayıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Xaçmaz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvə və texnikası cəlb olunub. Yanğınsöndürənlər alovun qonşuluqdakı evlərə keçməsinin qarşısını ala biliblər.
Yanğının başvermə səbəbləri araşdırılır.