​Xaçmazda maşın piyadanı vurub

Baxış sayı:
5239

Xaçmaz rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. Muxalifet.az "APA"ya istinadən xəbər verir ki, hadisə rayonun Pərdiqıran kəndində qeydə alınıb. Kənd sakini Yaşar Gözəlovu maşın vurub. Xəsarət alan şəxs Xaçmaz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırmalar davam etdirilir.