​Xaçmazda baş verən qəzada 2 nəfər ölüb - YENİLƏNİB

Ötən gün axşam saatlarında Gəndov-Yalama yolunun 31-ci km-də, magistralın Xaçmaz rayonunun Müzəffəroba kəndi ərazisindən keçən hissəsində ağır yol nəqliyyat hadisəsi baş verib.
APA-nın şimal bürosunun məlumatına görə, 1988-ci il təvəllüdlü Xudat şəhər sakini Nüsrətov Ruslan Xanəhməd oğlunun idarə etdiyi «10 GD 313» dövlət nömrə nişanlı “KİA” markalı avtomobil qarşıdan gələn 1985-ci il təvəllüdlü Xaçmaz rayonunun Şərif-oba kənd sakini Zeynalov Şıxbala İslam oğlunun idarə etdiyi «27 BF 054» nömrə nişanlı “VAZ 21 06” markalı nəqliyyat vasitəsilə toqquşub.
Toqquşmadan sonra idarəetmədən çıxan “VAZ 2106” markalı avtomobil qarşı zolaqda hərəkət edən 1992-ci il təvəllüdlü Xaçmaz rayon sakini Şükürov Rövşən Şahbala oğlunun idarə etdiyi “27 BN 917” dövlət nömrə nişanlı “VAZ 21093” markalı nəqliyyat vasitəsinə çırpılıb.
Nəticədə “VAZ 2106”-nın sürücü Şıxbala Zeynalov və sərnişini 1989-cu il təvəllüdlü Xaçmaz rayon sakini Cavadov Elvin Elsevər oğlu dünyasını dəyişib. Hadisə zamanı Xaçmaz rayon sakinləri 1988-ci il təvəllüdlü Orucov Vüsal Məhəmməd oğlu, 1988-ci il təvəllüdlü Nüsrətov Ruslan Xanəhməd oğlu, 1993-cü il təvəllüdlü Zamanov Nadir Allahverdi oğlu, 1992-ci il təvəllüdlü Əhədov Rəhman Azad oğlu və 1992-ci il təvəllüdlü Əsgərov Ehtiram Etibar oğlu müxtəlif dərəcəli xəsarətlər alaraq Xaçmaz Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
 
*** 22:56
Bu gün axşam saatlarında Xaçmaz rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Qəza Gəndob- Yalama yolunun 31 km-də Xaçmaz rayonunun Müzəffəroba kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
"27 BN 917" dövlət nömrə nişanlı VAZ 21 09, "27 BF 054" dövlət qeydiyyatlı VAZ 2106- la "10 GD 313"  nömrə nişanlı KİA avtomobili toqquşub.
İlkin məlumata görə, qəza nəticəsində bir nəfər ölüb , 5 nəfər yaralanıb. Xəsarət alan şəxslər Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırmalar aparılır.