​Xaçmazda ağır yol qəzası baş verdi

Gəndov-Yalama yolunun Qaradağlı kəndindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verib.
RTV xəbər verir ki, Qalağan kənd sakini, 1991-ci il təvəllüdlü Rəsulov Asəf Zahid oğlunun idarə etdiyi 27 BM 998 dövlət nömrə nişanlı “VAZ-21110” markalı avtomaşın yolun kənarındakı maneəyə çırpılıb.
Hadisə nəticəsində sürücü xəsarət alıb. Yaralı Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.