​Xaçmazda 24 yaşlı oğlan özünü asdı

Xaçmazda intihar hadisəsi baş verib.
Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, rayonun Qaraqurdlu kənd sakini, 1992-ci il təvəllüdlü Elvin Bəhram oğlu Bayramov yaşadığı evin həyətində özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.