“WSJ”-nin iddiasına Baş Qərargahdan CAVAB - "ABŞ ordusunun Suriyada minə yaxın əsgər buraxmağa hazırlaşdığı..."
ABŞ Baş Qərargahının rəhbərliyi “Wall Street Journal” (WSJ) qəzetinin ortaya atdığı son Suriya iddiasını xəbərdən bir neçə saat sonra təkzib edib.
Sözügedən yazılı açıqlamada, ABŞ-ın baş qərargah rəisi Dunford, "ABŞ ordusunun Suriyada minə yaxın əsgər buraxmağa hazırlaşdığı yönündə bir Amerikan qəzetində yer alan iddia qətiyyən doğru deyil. Fevral ayında elan edilən planlar üzərində heç bir dəyişiklik yoxdur və ABŞ qüvvələrinin müəyyən bir səviyyəyə qədər azaldılması istiqamətindəki prezidentin tapşırığını həyata keçirməyə davam edirik" deyib.
TÜRKİYƏ İLƏ ƏTRAFLI PLANLAŞDIRMALARA DAVAM EDİRİK
Dunford “WSJ” xəbərindəki Türkiyə iddiasına dair də belə şərh verib:
“Buna əlavə olaraq Suriya-Türkiyə sərhədinə dair Türk tərəfinin təhlükəsizlik narahatlığına işarə etmək üçün Türkiyə Baş Qərargah rəhbərliyi ilə geniş hərbi planlaşdırmaları davam etdiririk. Bu günə qədərki planlaşdırmalar səmərəli oldu. Hazırda yaxın günlərdə daha da inkişaf etdiriləcək bir başlanğıc konsepsiyasına malikik".
Dunford həmçinin, Suriyada bundan sonrakı keçid prosesinə dəstək verəcəyini dilə gətirən İŞİD Əleyhinə Koalisiyanın digər üzvləri də lazımi planlaşdırmaları etməyə davam etdiklərini qeyd edib.
“WSJ”-nin İDDİASI
WSJ qəzeti ABŞ rəsmilərinə əsaslandırdığı xəbərində, Donald Tramp rəhbərliyinin çəkilmə prosesindən sonra Suriyada təxminən min əsgərini saxlamağa hazırlaşdığını irəli sürmüşdü.
Xəbərdə həmçinin, ABŞ rəhbərliyinin Türkiyə, Avropalı müttəfiqləri və SDG adını istifadə edən terror təşkilatı YPG/PKK ilə apardığı danışıqlarda, Suriyanın şimalında bir "təhlükəsiz zona" yaradılması ilə bağlı bir anlaşmanın əldə edilə bilmədiyi irəli sürülmüşdü.
Qeyd edək ki, ABŞ prezidenti Tramp keçən ilin dekabr ayında Suriyada İŞİD terror təşkilatının demək olar ki, tamamilə bitmı nöqtəsinə gəldiyini açıqlayıb və buna görə də artıq Amerika hərbçilərinin bu ölkədən çəkiləcəyini bildirmişdi. Daha sonra fevral ayında isə Ağ Ev Suriyada 400-ə yaxın Amerika əsgərinin bir müddət daha qalacağını açıqlamışdı.
Müxalifət.az