Wİ-Fİ BİZİ YAVAŞ-YAVAŞ ÖLDÜRÜRMÜŞ?

Bu barədə heç kim heç nə deməmişdi! Özünüzü və yaxınlarınızı qoruyun!
Muxalifət.az 
xəbər verir ki, internetə qoşulmaq üçün istifadə elədiyimiz naqilsiz Wi-Fi şəbəkəsi bu gün demək olar ki, hər yerdə işlədilir.  Lakin Wi-Fi avadanlığına xidmət sahəsində çalışan işçilərə onun sağlamlığa zərərini minimallaşdırmaq üçün konkret təlimatlar verildiyindən çoxumuz bixəbərik.
Mobil telefon və planşetlər kimi naqilsiz cihazlarımız İnternetdən istifadə üçün modemlərə qoşulurlar. Modem WLAN şüaları göndərir — bu elektormaqnit dalğaları sağlamlığa böyük zərbə vura bilər. Çox vaxt biz bu fakta etinasız yanaşırıq, çünki bu barədə praktiki heç nə bilmirik. Lakin bütün bu müddət ərzində həmin siqnallar orqanizmimizə zərər verməkdə davam edir.
Böyük Britaniyanın Səhiyyə Agentliyinin apardığı tədqiqatlar sübut edib ki, Wi-Fi modemləri insanların və bitkilərin böyüməsinə mane olur.
Wi-Fi təsirinin nəticələri:
- Xroniki yorğunluq;
- Qulaq ağrısı;
- Diqqəti toplaya bilməmək;
- Tez-tez güclü başağrıları;
- Yuxu ilə bağlı problemlər.

Biz texnologiyalar olmadan yaşaya bilmərik — bu, faktdır. Lakin özümüzü zərərli nəticələrdən qorumaq üçün, çox şey bilməliyik. Wi-Fi modemindən təhlükəsiz istifadə eləmək və ya ən azı, potensial zərərini azaltmaq üçün bir neçə məsləhət verək.
Uşaqları elektromaqnit dalğalarından qorumaq üçün aşağıdakıları eləmək lazımdır.
- Yatmazdan əvvəl modemi söndürün;
- İstifadə etmədikdə də modemi söndürün;
- Evdəki naqilsiz telefonu keçmişdəki kimi adi, naqilli telefonla əvəzləyin;
- Wi-Fi modemini mətbəxdə və yataq otağında quraşdırmayın.