"WhatsApp"dan istifadəçilərini sevindirəcək 4 YENİLİK

Baxış sayı:
1192

Azərbaycanda ən çox istifadə edilən şəbəkələrdən olan “WhatsApp” son yenilikləri ilə istifadəçilərini sevindirməyə hazırlaşır.
“WhatsApp” rəhbərliyi yaxın günlərdə istifadəçilərini 4 yenilənmə ilə təəccübləndirəcək.
Sosial şəbəkə tətbiqetmənin istifadəsini asanlaşdırmaq və yaranan problemləri daha sürətli həll etmək üçün bu funksiyaları işə salacaq:
Qaranlıq rejim: Gələcək xüsusiyyətlərdən biri, “İnstagram” və oxşar tətbiqlərdə olduğu kimi "Qaranlıq rejim" xüsusiyyətidir. Tətbiqdə “Dark Mode” və qaranlıq bildiriş mesajları olacaq.
Özünü məhv etmə mesajı: Digər bir xüsusiyyət, özünü məhv etmə mesajıdır. Yeni funksiyanın işə düşməsindən sonra istifadəçilər artıq özünü məhvetmə mesajlarından istifadə edə biləcəklər. Hər kəs özünü “Inspector Gadget” kimi hiss edəcək. Hələlik bu funksiyanın necə istifadə ediləcəyi barədə ətraflı məlumat yoxdur.
Səssiz status yenilənməsi: Platformaya inteqrasiya ediləcək başqa bir yenilik, səssiz rejimə saldığınız insanların statusları da üzə çıxmayacaq.
Baş ekran: “WhatsApp” yeni dövrdə başlanğıc ekranına sahib olacaq. Tətbiqi ilk dəfə “Splash Screen bir“ adlı bu xüsusiyyət ilə işə saldıqda ekranda “WhatsApp” loqotipi görünəcək.