"WhatsApp" yazışmaları qırmağa imkan verən səhvi aradan qaldırdı

Baxış sayı:
100

"WhatsApp" hakerlərin zərərli GIF-fayllardan istifadə edərək yazışmalara giriş əldə edə biləcəyi təhlükəsizlik səhvini aradan qaldırıb.
"Kommersant" xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Hakerlərin yazışmalara girişi istifadəçinin GIF-faylı qalereyada açması ilə mümkün olub.
“Problemin istifadəçilərə təsir etdiyini düşünməyə əsas yoxdur, ancaq biz hər zaman istifadəçilərimizi ən yeni təhlükəsizlik funksiyaları ilə təmin etməyə çalışırıq", - "WhatsApp" nümayəndəsi telekanala açıqlamasında deyib.
Səhv messencerin son yeniləməsində aradan qaldırılıb.//Report