​“WhatsApp” ölkədə üsyan dalğası yaratdı - "Cavab vermək zamanı gəldi!" / FOTO

Baxış sayı:
373

Muxalifet.az hurriyet.com-a istinadən xəbər verir ki, Livanda “WhatsApp” üzərindən səsli zənglərə vergi tətbiq olunması nəticəsində iğtişaşlar başlayıb.
Dünən hökumət binalarına yürüş edən, şinləri yandırıb yolları bağlayan nümayişçilər etiraz aksiyasını davam etdirirlər.
Belə ki, Livanda iqtisadi geriləmə və rabitəyə yeni vergilər tətbiq edilməsi insanları özündən çıxarıb.
“WhatsApp” tətbiqinə aylıq 6 dollar məbləğində vergi tutulacağı haqda xəbərdən sonra insanlar "Cavab vermək zamanı gəldi!", "Livan müqavimət göstərir!" şüarlarıyla küçələrə çıxıb. Etirazçılar hökumətin istefasını tələb ediblər.
Aksiya Livandan başqa, ölkənin şimalı, cənubu, şərqinə də yayılmağa başlayır.
Nümayişlər zamanı ictimai əmlaka da zərər dəyib. Fəallarla güc strukturları arasında toqquşmalar baş verib. 23 nəfər dinc sakin, 60 nəfər təhlükəsizlik işçisi xəsarət alıb.
Livanın Baş naziri Saad əl-Həriri bildirib ki, o, vacib islahatların əngəllənməsini aradan qaldırmaq üçün koalisiya ortaqlarına "72 saat" vaxt verib, islahat barəsində razılaşmaya gəlməzlərsə, onların haqqında başqa tədbir görəcəyini açıqlayıb.
Paytaxtda yollar fəallar tərəfindən bağlandığından, məktəblər də, ictimai təşkilatlar da bir günlük tətil elan edib.
Daxili işlər naziri Raya əl-Həsən fəallara ictimai binalara və xüsusi mülkiyyətə ziyan vurmamaq və yolları bağlamamaq barədə xəbərdarlıq edib. Bildirilir ki, Beyrutun mərkəzindəki ər-Riyad meydanında yollarda fəalların yandırdığı yanğın nəticəsində binada iki suriyalı işçi həlak olub.
 
Muxalifet.az