“WhatsApp” kimi maskalanan virus 25 milyon telefona yoluxub

Baxış sayı:
7173

“Agent Smith” adlanan virus ən azı 25 milyon smartfonu yoluxdurub. Virus adətən populyar proqramlar, xüsusilə də WhatsApp kimi maskalanır. Muxalifet.az “Check Point”-ə istinadən məlumat verir ki, adətən istifadəçilər “mağaza”dan (Google Play Store) hansısa oyun, yaxud proqram yükləyərkən, “Agent Smith” gizlincə telefona qurulur, burada hansısa məşhur proqram – məsələn, “WhatsApp”, yaxud “Opera” kimi maskalanır. Bundan sonra smartfon yerli-yersiz reklamlar göstərməyə başlayır. Amma virusun vurduğu yeganə ziyan bununla məhdudlaşmır. Ekspertlər istifadəçilərə smartfonlarını antivirus proqramları ilə yoxlamağı məsləhət görürlər. Bundan başqa, smartfonda “Google Updater”, “Google Installer for U”, “Google Powers” və “Google Installer” adı ilə maskalanmış proqramlar görsəniz, silmək olar.