“WhatsApp” bu istifadəçiləri bloklayır - DİQQƏT!

Baxış sayı:
304

“WhatsApp” mesajlaşma tətbiqi qrupa daxil olan yanlış xəbər yayan istifadəçilərin mobil nömrələrini həmişəlik bloklamağa başlayıb.

Muxalifet.az bildirir ki, blok olunan istifadəçilər servisin qaydalarını pozmuş hesab olunur.

Qeyd edək ki, son zamanlar “WhatsApp” aqressiv, ekstremizm, spam və yanlış xəbər xarakterli istifadəçilərə qarşı ciddi mübarizə aparır. Çünki buna qədər bu tip istifadəçilər bədbəxt hadisələrin yaranmasına səbəb olub.