“WhatsApp” 2020-ci ildən etibarən bu telefonlarda işləməyəcək

Baxış sayı:
4432

“WhatsApp” mesajlaşma platforması 2020-ci ildən etibarən dünyada milyonlarla cihaz tərəfindən dəstəklənməyəcək. Muxalifet.az “Dail Mail”ə istinadən xəbər verir ki, bu qayda xüsusi ilə iOS 8 versiyalı “İphone” telefonlarına, 2.3.7 versiyalı Android cihazlarına aiddir. Məlumata görə, bu cihazlara sahib olan istifadəçilər “WhatsApp”da yeni hesablar yarada bilməyəcəklər. Sözügedən qayda 1 fevral 2020-ci il tarixindən qüvvəyə minəcək.