“Washington Post” Qaşıqçının cəsədinin əridilmiş ola biləcəyindən yazdı

Baxış sayı:
8761

ABŞ-da dərc olunan “Vaşinqton Post” qəzetinə açıqlama verən yüksək səviyyəli bir Türk səlahiyyətli, 2 oktyabrda Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğunda öldürülən Səudiyyəli jurnalist Camal Qaşıqçı-nın meyitinin hissələrə ayrıldıqdan sonra kimyəvi turşuda əridilmiş ola biləcəyi ehtimalının yüksək olduğunu bildirib.
 
Xəbərdə adı gizli saxlanılan səlahiyyətli, Qaşıqçı-nın cəsədinin baş konsulluq binasında və ya baş konsulun iqamətgahında kimyəvi turşuda əridilmiş ola biləcəyi, aparılan axtarış və araşdırmalarda əldə edilən dəlillərin də bu tezisi dəstəklədiyini ifadə edib.
Türk səlahiyyətli qəzetə verdiyi açıqlamada "Qaşıqçı-nın cəsədinin basdırılmasına ehtiyac yox idi” deyə söyləyib.
Qeyd edək ki, dünən araşdırma ilə bağlı açıqlama verən İstanbul Baş Prokurorluğu da "Qaşıqçı-nın cəsədi parçalanıb və məhv edilib" - deyib.
Səudiyyə Ərəbistanının rəsmi orqanları, Qaşıqçı-nın baş konsulluq binasında öldürüldüyünü qəbul etsə də, cəsədin harada olduğunun məlum olmadığını iddia edir. Səudiyyə rəsmiləri, Qaşıqçı-nın cəsədinin yerli bir işbirlikçiyə verildiyini deyir.
“Vaşinqton Post”-a açıqlama verən yüksək səviyyəli Türk səlahiyyətli isə istintaq aparan qrupun yerli işbirlikçi açıqlamasını real görmədiklərini bildirib.
 
“SƏUDİYYƏ BAŞ PROKURORU ƏMƏKDAŞLIQ ETMƏK İSTƏMƏDİ”
 
Qəzetin xəbərində Səudiyyə Ərəbistanının baş prokuroru Səud el-Macibin İstanbul danışıqlarında pərdə arxasında nələr baş verdiyinə dair də məlumatlar yer alır.
Qəzetə danışan ikinci bir Türk səlahiyyətli, el-Macibin üç günlük İstanbul təmasları boyu Qaşıqçı-nın cəsədinə nə olduğuna dair heç bir məlumat vermədiyini bildirib.
Səlahiyyətli, "El-Macibin prioriteti Türkiyənin əlində hansı dəlillərin olduğunu müəyyən etmək idi. İstintaqla səmimi əməkdaşlıq içərisində olduğu təəssüratı yaranmadı" - deyib.
Müxalifət.az