​Vəzifəli şəxslər üçün YENİ ÖHDƏLİK: 500 manat cəriməsi var

Baxış sayı:
6250

Bu gündən başlayaraq yetkinlik yaşına çatmayanlara tütün məmulatı almaqla, verməklə, tütün məmulatından istifadəni təklif və ya tələb etmək yolu ilə onların tütündən istifadə prosesinə cəlb edilməsinə görə yüz manat məbləğində cərimə ediləcək.
Bu, Prezident İlham Əliyevin dekabrın 10-da imzaladığı fərmanla qüvvəyə minən "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunda əksini tapıb. 
"Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun ilə qadağan edilmiş yerlərdə (tütün çəkmək üçün təşkil edilmiş xüsusi yerlər istisna olmaqla) tütün çəkilməsinin qarşısının alınmamasına görə vəzifəli şəxslər beş yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə ediləcək.