VƏZİFƏDƏN ÇIXARILAN İCRA BAŞÇISININ OĞLUNA MƏXSUS SARAY ÜZƏ ÇIXDI – Anar İsmayılov eyniadlı şirkətin də sahibidir...

Baxış sayı:
4681

Dünən vəzifəsindən azad olunan icra başçısı Nazim İsmayılovun oğlunun yeni bir obyekti üzə çıxıb.
Muxalifet.az
xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli özünün Facebook profilində açıqlama verib.
Jurnalist bildirir ki, Saatlının keçmiş icra başçısı Nazim İsmayılovun oğlu Anar İsmayılov "GÖYÇAY ÇİNAR-MEHMANXANA" Açıq Səhmdar Cəmiyyətinin təsisçisidir. Şirkət 1998-ci ilin iyunun 24-də 30320.00 AZN nizamnamə kapitalı ilə Göyçaydakı "Çinar" otelinin yerləşdiyi ünvanda qeydiyyatdan keçib.
Məlumata görə, şirkətin qanuni təmsilçisi Abbasov Siyavuş Vahid oğlu olsa da, onun sabiq başçıının oğluna məxsusdur. Hətta Anar İsmayilov Göyçayda eyni adda şadlıq sarayının da sahibidir.
Xatırladaq ki, sabiq icra başçısı Nazim İsmayılov Göyçay rayonu, Kürdşaban kəndində anadan olub. Bu baxımdan, onun və oğlunun əsas obyektləri bu rayonun ərazisində yerləşir.


Muxalifet.az