"Vəzifədə kasıb insan istəmirəm" - TRAMPDAN SENSASİON AÇIQLAMA

Zəngin və ya kasıb bütün insanları sevirəm, ancaq xüsusilə iqtisadiyyatda kasıb insan istəmirəm.
Muxalifet.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.
Tramp kabinetində milyarderlərə vəzifə verməsinə belə aydınlıq gətirib: "İstədiyimiz düşüncə tərzi belədir. Zəngin və ya kasıb bütün insanları sevirəm, ancaq xüsusilə iqtisadiyyatda kasıb insan istəmirəm. Bu, sizə məntiqli gəlmirmi? Əgər israr etsəniz, bu vəziyyəti dəyişə bilərəm, amma mən beləsini daha çox bəyənirəm. Həmin milyarderlər bu vəzifələr üçün çox şeydən imtina etdilər".