Əvəz Zeynallı 50 yaşını təmtəraqlı şəkildə qeyd etdi - FOTOLAR

Baxış sayı:
3133

Xural TV-nin rəhbəri, tanınmış jurnalist Əvəz Zeynallı bu gün 50 yaşını qeyd etdi.

Musavat.com xəbər verir ki, Bakıdakı restoranlardan birində qeyd olunan yubiley tədbirində ölkənin tanımış siyasət və media adamları iştirak edirdi. 

Tədbir zamanı jurnalistin yaxın dostları onun yubileyi münasibətilə hazırladıqları filmi nümayiş etdiriblər. Filmdə Ə.Zeynallının jurnalist karyerası, keçdiyi yol, habelə həbs həyatından ştrixlər yer alıb. Tanınmış jurnalistin kolleqaları, ailə üzvləri, dostları da onun barəsində xatirə və fikirlərini filmdə anladıblar.

Muxalifet.az Ə.Zeynallını bu münasibətlə təbrik edir və ona uzun ömür, can sağlığı, yaradıcılıq uğurları arzulayır.