“Əvvəllər COVİD-19 virusuna yoluxmuş insanlara qrip diaqnozu qoyulub” - İspaniyalı alimlər

Baxış sayı:
1249

İspaniyalı alimlər bəyan ediblər ki, koronavirus hələ ötən ilin martında yayılmağa başlaya bilərmiş.

Barselona Universitetinin saytında xəbər verildiyi kimi, tədqiqatçılar SARS-CoV-2 virusunu 12 mart 2019-cu il tarixində şəhərin tullantı sularında aşkar ediblər. Bu zaman 2018-ci ilin yanvarından 2019-cu ilin dekabrına qədərki dövrdə götürülmüş digər su nümunələrində virus aşkar olunmayıb.

İspaniyalı virusoloqlar cəmiyyətinin prezidenti Albert Boskun fikrincə, belə situasiyanın dünyanın digər böyük şəhərlərində də yaranması istisna deyil. O hesab edir ki, epidemiyanın başlanmasına qədər COVİD-19 virusuna yoluxmuş insanlara qrip diaqnozu qoyulub.

Bundan əvvəl KİV-də yazıblar ki, internetdəki və peyk çəkilişlərindəki Uhan xəstəxanalarının parklanması barədə məlumatların analizi epidemiyanın hələ 2019-cu ilin avqustunda başlanması ehtimalına işarə edir.

Çox maraqlıdır, elədirsə, o zaman indiki kimi hay-küy nə üçün müşahidə olunmayıb?

Belədə, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) «müəmmalı susqunluğu» heyrət doğurmaya bilməz!/Azpolitika.info