Vurğun Əyyub Qubad İbadoğlunun müavini oldu

Fevralın 28-də Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının İdarə Heyətinin (İH) 2-ci iclası olub.

Hərəkatdan daxil olan məlumata görə, əksər üzvlərin qatıldığı toplantıda öncə Xocali soyqırımının anım mərasimində  ADR Hərəkatı üzvlərinin iştirakı ilə  bağlı fikir mübadiləsi olub və  İH üzvləri  şəhidlərimizin xatirəsini onlara sayğı duruşu nümayiş etdirməklə bir daha yad ediblər.  Sonra  ADR Hərəkatının sədri Qubad İbadoğlu ABŞ-ın Bakıdakı səfirliyində keçirdiyi  görüş barədə  qısa məlumat verib. Toplantı iştirakçıları həmçinin  ADR Hərəkatının təşkil etdiyi  “Manatın devalvasiyasının Azərbaycan iqtisadiyyatına mümkün təsirlərinin və gözlənilən nəticələrinin qiymətləndiriliməsi” mövzusunda ekspert müzakirəsininin nəticələrini  müzakirə etdilər.  Qərara alındı ki,  belə formatda müzakirələr müxtəlif mövzular üzrə davam etdirilsin. 

Gündəlikdə olan təşkilatı məsələlər məsələsi üzrə geniş müzakirələr oldu. İlkin olaraq İdarə Heyətinin üzvlərinin məsul olacağı  sahələr  -  təşkilati, ümumi, konseptual, ictimaiyyətlə əlaqələr,   demokratik təsisatlarla iş, avrointeqrasiya məsələləri, sahibkarlarla iş,  sosial rifah məsələləri -  razılaşdırıldı. Eyni zamanda ayrıca olaraq icra aparatının və mətbuat xidmətinin  yaradılması, eləcə də Ali Məclisin komissiyaları  barədə də fikir mübadiləsi aparıldı. Qərara alındı ki,  mərkəzi strukturlar formalaşdırılmazdan əvvəl, qısa müddətdə onun idarəçilik sxemi işlənilsin, onlar arasında  ireyarxiya, şaquli və üfuqi münasibətlər dəqiqləşdirilsin və hər bis sahəyə məsul şəxsin görəcəyi işin təsviri  hazırlanaraq bütün bu sənədlərin layihəsi İH-nin müzakirəsinə verilsin.

Təşkilati  məsələ çərçivəsində Qubad İbadoğlu nizamnamə ilə ona verilən səlahiyyətlərindən istifadə edərək  ADR Hərəkatın sədri kimi imzaladığı  ilk sərəncamla  İH-nin  üzvü  Vurğun Əyyubun ADR Hərəkatı sədrinin  1-ci müavini təyin etdiyini açıqladı. İH üzvləri bu sərəncamı  razılıqla qarşıladı və yekdilliklə dəstəklədilər. Eyni zamanda  nizamnaməyə müvafiq olaraq  razılaşdırıldı ki,  ADR Hərəkatı sədrinin martın 2-dən ABŞ-ın  paytaxtı Vaşinqtona başlayan səfəri dövründə onun səlahiyyətlərini  sədrin 1-ci müavini Vurğun Əyyub həyata keçirəcək.

Toplantıda ADR Hərəkatının informasiya  əlaqələrinin gücləndirilməsi,  onun əhatə  və təsir dairəsinin  genişləndirilməsi üçün təkliflər də müzakirə olundu(qafqazinfo.az).