​ Vüqar Qaradağlı ATV-dən qovuldu

ATV prezidenti Vüqar Qaradağlı telekanaldan uzaqlaşdırılıb.
 
Muxalifet.az bizimyol.info-ya istinadən xəbər verir ki, işdən çıxarılmasına səbəb Turan İbrahimovun proqramında dövlətin əleyhinə ifadələr işlətməsi olub.
Kanalın idarəçiliyi isə müvəqqəti olaraq CBC telekanalının baş direktoru Azər Xəlilova tapşırılıb.
Qeyd edək ki, “CBC” telekanalı əvvəllər ATV nin tərkibində fəaliyyət göstərib.
ATV kanalının Prezidenti təyin olunan Azər Xəlilov sayta açıqlamasında məlumatın doğru olduğunu bildirib. “Bəli məlumat doğrudur. Mən təyin edilmişəm. Hazırda kanalda iclas gedir. Sonra yenidən danışarıq.”