Vulkan və partlayışla bağlı azərbaycanlı turistlərə ÇAĞIRIŞ

Azərbaycan Turizm Assosiasiyası Azərbaycan vətəndaşlarını Misirə və İndoneziyaya səfər etməməyə çağırıb.
Muxalifət.az xəbər verir ki, Assosiasiyanın sədr müavini Müzəffər Ağakərimov Trend-ə bildirib ki, noyabrın 24-də Misirdə baş verən terror hadisəsindən sonra Azərbaycan vətəndaşlarının həmin ölkəyə getməsi tövsiyə edilmir.
M.Ağakərimov qeyd edib ki, Azərbaycan turistlərinin İndoneziyaya getməməsi barədə xəbərdarlıq hələ bir necə əvvəl orada baş verən terror hadisəsindən sonra edilib.
İndoneziyaya getməyin tövsiyə edilmədəyini yenidən xatırladan M.Ağakərimov onu da əlavə edib ki, İndoneziya Azərbaycan turistləri üçün heç zaman prioritet olmayıb: "Nəinki bu il, əvvəlki illərdə də İndoneziyaya az sayda Azərbaycan vətəndaşı səfər edib. Buna baxmayaraq, oraya səfər etmək istəyənlər ola bilər. Biz onlara tövsiyə edərdik ki, İndoneziyaya, ümumiyyətlə isə terror baş verən ölkələrə səfər etməsinlər".
Qeyd edək ki, daha öncə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Trend-ə bildirmişdi ki, hazırda İndoneziyanın vulkan təhlükəsi yaşanan Bali adasında azərbaycanlı turistlərin olub-olmaması faktını araşdırılır.
Xatırladaq ki, noyabrın 21-dən başlayaraq, İndoneziyanın Bali adasında Aqunq vulkanı püskürür. Bununla əlaqədar hökumət 100 min sakininin təxliyə edilməsini tövsiyə edib. Hazırda İndoneziyada təqribən 60 min turistin olduğu bildirilir. Rusiya adada olan 300 vətəndaşının yaxınlıqdakı adalara köçürülməsi barədə qərar qəbul edib.
Noyabrın 24-də isə Misirin Əl-Ariş şəhərindəki məscidin partaladılması nəticəsində 300-dən çox insan ölüb, onların 27-si uşaqdır.