“Vətənimizi əsla təslim etməyəcəyik” – Maduro

Baxış sayı:
10816

Venesuelada hər il 4 fevralda qeyd olunan Milli Qürur günündə çıxış edən dövlət başçısı Nicolas Maduro, 6 fevraldan etibarən ABŞ-a göndəriləcək, "Sülh üçün hərbi müdaxiləyə qarşı" başlıqlı bir imza kampaniyası başladacaqlarını söyləyib.
 
Maduro imza kampaniyasının hər kəsə açıq olduğunu və kampaniyanın ölkədəki bütün şəhərlərdə Bolivar meydanlarında keçiriləcəyini söyləyib.
Burada Venesuelaya yönəlik müdaxiləyə qarşı imza toplanacağını qeyd edən Maduro, daha sonra toplanan imzaların ABŞ-a Ağ Evə göndəriləcəyini bildirib.
 
"Vətənimi həyatım bahasına da olsa, qoruyacağam"
 
Maduro Venesuelanı canı bahasına qoruma andı edərək, "Hər zaman qürur və müstəqillik hədəflərinə bağlı olacağıma, təhdid altındakı vətənimizi canım bahasına qoruyacağıma və xalqın zəfəri ilə sülhü gətirəcəyəmə and içirəm. Vətənimizi əsla təslim etməyəcəyik, əsla silahlarımızı nə 'Yanki imperializmi' qarşısında, nə də başqa bir təkəbbürlü təhlükə qarşısında yerə qoymayacağıq" deyib.
 Maduro xalqı çevriliş təşəbbüsünə qarşı bir gözətçi olmağa çağırıb və Venesuelaya qarşı şiddətli bir psixoloji müharibə açıldığını vurğulayıb.
Maduro İspaniyanın Venesuelada özünü müvəqqəti dövlət başçısı elan edən Juan Guaidonu tanımasına cavab olaraq İspaniyanın baş naziri Pedro Sançez haqqında, "İki elin qanda olacaq, hər zaman əllərində qan ləkəsi olacaq. Tarix səni Donald Trampın döyüş tərəfdarı və onun müdaxiləçi siyasətinə xidmət edən bir baş nazir olaraq görəcək" deyə söyləyib.
Müxalifət.az