VƏTƏNDAŞ HƏYACAN TƏBİLİ ÇALIR: “22 hektar pampıq sahəmiz susuzluqdan yanır”

Baxış sayı:
5443

Zərdab rayonu Gödəkqobu kənd sakini Zeynalov Ramil İsmayıl oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytıməz vasitəsilə Prezident İlham Əliyevə, Baş nazir cənab Novruz Məmmədova və Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri cənab Əhməd Əhmədzadəyə müraciət edən R.Zeynalov pambıq sahəsinin susuzluqdan yandığını deyir:
“Mən 22 hektar torpaq sahəsində ailəmlə birlikdə min-bir əziyyət çəkib pampıq əkmişəm. Ancaq bu gün susuzluqdan pambıq sahəm yanır. Bunun isə səbəbkarı Zərdab rayon Suvarma Sistemləri İdarəsinin rəisi Mircəlal Mirzəyevdir. Zərdab rayon Suvarma Sistemləri İdarəsi Mircəlal Mirzəyev məndən su üçün küllü miqdarda rüşvət istəyir. Mən bu barədə dəfələrlə Zərdab Rayon İcra Hakimiyyətinə zəng edib, qəbula gedib məlumat versəm də, heç bir tədbir görmək istəmirlər.
Hazırda yonca sahələrinə pul alınıb su verilir. Hansı ki, Prezident İlham Əliyev pambıqçılığın inkişafı üçün xüsusi tapşırıqlar verib. Mənim ailəm bu ilin aprel ayından 22 hektar sahədə pambığın əkilməsində, alaq edilməsində min-bir əziyyət çəkib. Biz pambığı əkməkdə niyyətimiz, dövlətə, iqtisadiyyatımıza və cəmiyyətə xeyir verməkdir. Artıq bir neçə günə pambığın yığılmasına başlanılmalı olsa da, Mircəlal Mirzəyevin yaratdığı maneə və özbaşınalığa görə 22 hektar torpaq sahəsindəki pampıq susuzluqdan batmaq üzrədir.
Mən həyacan təbli çalıram, bu, ağır bir cinayət əməlidir ki, Zərdab rayon Suvarma Sistemləri İdarəsinin rəisi Mircəlal Mirzəyev törədir. O, dövlətini, prezidentini və xalqını sevməyən, öz maddi maraqlarını düşünən bir yaramazdır.
Sizdən çox-çox xahiş edirəm, bizə kömək edin 22 hektar pambıq sahəmiz susuzluqdan yanmasın, Zərdab rayon Suvarma Sistemləri İdarəsinin rəisi Mircəlal Mirzəyevin barəsində ciddi tədbirlər görəsiniz”.

Muxalifet.az
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.