​Vətən müharibəsi qəhrəmanı olan şəhidin il mərasimi keçirilib - FOTOLAR

Baxış sayı:
589

Torpaqlarımızın düşmən işğalından azad edilməsi uğrunda gedən Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalmış DİN Daxili Qoşunlarının hərbi qulluqçusu, mayor Şixamir Qaflanovun Zaqatalada il mərasimi keçirilib.
Muxalifet.az
xəbər verir ki, mərasimdə Daxili İşlər Nazirliyinin təmsilçiləri, Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları, Daxili Qoşunların hərbi qulluqçuları, rayon ictimaiyyəti, şəhidin ailə üzvləri və döyüş yoldaşları iştirak ediblər.
Əvvəlcə rayonun Üçüncü Tala kəndində şəhidin məzarı ziyarət olunub, önünə gül dəstələri düzülüb. Çıxış edənlər Şixamir Qaflanovun keçdiyi şərəfli ömür yolundan, döyüşlərdə göstərdiyi qəhrəmanlığından danışıb, parlaq xatirəsinin qəlblərdə əbədi yaşayacağını bildiriblər.
Qeyd edək ki, Şixamir Qaflanov Füzuli-Xocavənd istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Vətən müharibəsində hərbçi kimi peşəkarlığı, hünəri yüksək qiymətləndirilib. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı”, “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.