​VƏRƏM DİSPANSERİNDƏ QANLI OLAY: Xəstəni...

Baxış sayı:
7069

Bakıda vərəm dispanserində bıçaqlanma olub. Hüquq-mühafizə orqanlarından Muxalifet.az-a verilən məlumata görə, hadisə Xəzər rayonu Mərdəkən qəsəbəsində yerləşən 9 saylı Ağ ciyər və vərəm Dispanserində baş verib. Orada müalicə alan Eltəkin Zeynalov dispanserin ikinci mərtəbəsində aralarında yaranan şəxsi münasibətlər zəminində digər xəstə Rafiq Eyvazovu bıçaqlayıb. Faktla bağlı Xəzər rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.