"Vor zakon"lara dair yeni qanun layihəsi qüvvəyə minir

Baxış sayı:
7723

Rusiya Federasiyasının Dövlət Duması Cinayət məcəlləsinə kriminal avtoritetlər üçün yeni maddə tətbiq edən qanun layihəsini birinci oxunuşda qəbul edib. Qanun yekdilliklə qəbul edilib.

Qanuna əsasən:

- cinayətkar qruplaşmanın rəhbərliyi və ya təşkilinə 12-20 il arasında həbs cəzası və 5 milyon rubl cərimə;
- cinayətkar qruplaşmanın təşkilatçılarının ("oğruların yığıncağı") toplantılarında iştirak etmək 12 ildən 20 ilədək müddətə azadlıqdan məhrumetmə və bir milyon rubladak cərimə;
- "cinayət iyerarxiyasında yüksək statusu olan şəxs" tərəfindən törədilən cinayətlər ona 15 ildən 20 ilədək azadlıqdan məhrumetmə və beş milyon rubl ( bir ildən iki ilədək azadlıqdn məhrumolma) ömürlük həbs cəzası;
- daha əvvəl mütəşəkkil cinayətkar qrupun üzvü olmuş, lakin onu tərk etmiş və ya polislə əməkdaşlıq edən şəxs cinayət cəzasından azaddır.

Qanun fevralın 14-ü şəxsən Vladimir Putin tərəfindən Dövlət Dumasına təqdim edilib.