Volqoqradda silahlı insident: İKİ AZƏRBAYCANLINI GÜLLƏLƏDİLƏR

Baxış sayı:
877

Rusiyanın hüquq-mühafizə orqanları Volqoqradın cənubunda silahlı hücumda iştirak etməkdə şübhəli bilinən üç nəfəri saxlayıb.
Bu barədə TASS bu gün regionun güc strukturlarındakı mənbəyə istinadən məlumat yayıb.
Bundan əvvəl yayılan xəbərə görə, cümə axşamı, Moskva vaxtı ilə axşam saat 19 radələrində Volqoqradın Krasnoarmeyski rayonunda yerləşən kafelərdən birinin yaxınlığında silahlı hücum (odlu və soyuq silahların tətbiq ilə) baş verib. Nəticədə bir nəfər həlak olub, üç nəfər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Fakt üzrə cinayət işi açılıb.
 “Əməliyyat-axtarış tədbirləri nəticəsində və şəhərdə həyata keçirilən “Perexvat” planı nəticəsində şübhəlilərin minərək hadisə yerini tərk etdiyi “İnfiniti” və “Lada Priora” markalı avtomobillər aşkarlanaraq-saxlanılıb. Ümumilikdə üç şübhəli saxlanılıb – onlardan biri polis nəzarəti altında xəstəxanada müalicə alır, digər iki şübhəli müvəqqəti təcridxanaya yerləşdirilib”, - deyə agentliyin müsahibi bildirib.
Bölgənin istintaq idarəsi, saxlanılan şübhəlilərlə bağlı rəsmi qaydada ətraflı məlumatların bir qədər sonra ictimaiyyətə çatdırılacağını bildirib.
Volqoqrad diyar administrasiyasının səhiyyə komitəsindən verilən xəbərə görə, insident nəticəsində xəsarət alanlar hələ də xəstəxanadan buraxılmayıb. Əvvəl hər üç zərərçəkənin ağır vəziyyətdə olduğu bildirilsə də, hazırda onlardan birinin vəziyyəti orta-kafi qiymətləndirilir.
 
***01:16
Volqoqradın Krasnoarmeyski rayonunda atışma baş verib, nəticədə bir nəfər həlak olub, daha üç nəfər isə yaralanıb.
Virtualaz.org bildirir ki, bu barədə Daxili İşlər Nazirliyi Regional Baş İdarəsinin mətbuat xidmətinə istinadən Rosbalt xəbər yayıb. 
Münaqişə yanvarın 18-də axşam saatlarında Stalinqrad Qəhrəmanları prospektindəki 2 nömrəli evin həyətində, "Russkiy çay" kafesi yaxınlığında baş verib.
Yerli polisin nümayəndəsi bildirib ki, dörd gənc kafedən çıxarkən naməlum adamlar onlara tərəf atəş açıb, üstəlik bıçaq zərbələri də endiriblər.
Digər bir məlumata görə isə qara rəngli  maşında evin həyətinə gələn bir qrup qafqazlı orada dayanmış dörd nəfərlə — bir rus, bir çeçen və iki azərbaycanlı ilə dava edib.
Dava zamanı odlu silahdan da istifadə olunub. Atışmada 25 yaşlı oğlan həlak olub, daha üç nəfər isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Hücum edənlər qara rəngli “Toyota Land Sruiser”də hadisə yerindən uzaqlaşıblar, amma yerli KİV-in məlumatına görə, Sovetski rayonunda, Elektrolesovskoy küçəsindəki Petrov adına zavodun yanında saxlanılıblar. Ancaq polisdə hələ bu informasiyanı təsdiq etmirlər.
Bildirilir ki, ərazi mühasirəyə alınıb, hadisə yerində operativ-istintaq qrupu işləyir. Hadisənin hansı şəraitdə və hansı səbəbdən baş verdiyi araşdırılır.
Faktla bağlı Cinayət Məcəlləsinin üç maddəsi  üzrə cinayət işi qaldırılıb.