​Voleybolçularımız məğlub oldu

Baxış sayı:
907

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqasında III turun oyununa çıxıb.
Muxalifet.az-ın məlumatına görə, ilk iki matçda qalib gələn Azərbaycan millisi 3-cü cəhdində Bolqarıstanla üz-üzə gəlib.
Sofiyadakı Xristo Botev Sarayında təşkil olunmuş görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:1. Azərbaycan yığması ilk seti üstünlüklə başa vursa da, sonrakı setlərdə yenilib. Bununla da Faiq Qarayevin baş məşqçi olduğu komanda Qızıl Avropa Liqasında ilk məğlubiyyətlə üzləşib.
Bu nəticədən sonra xallarını 9-a çatdıran Bolqarıstan yığması A qrupunda liderliyə yüksəlib. 6 xalı olan Azərbaycan 2-cidir.
Qrupun digər görüşündə hələlik xalı olmayan Portuqaliya və Ukrayna yığmaları üz-üzə gələcək. Bu oyun mayın 27-nə təsadüf edəcək.
Qızıl Avropa Liqası
A qrupu, III tur
18:00. Bolqarıstan - Azərbaycan - 3:1 (17:25, 25:17, 25:14, 25:21)
Hakimlər: Aleksandros Milonakis (Yunanıstan), Çavdar Marev (Bolqarıstan)
Sofiya, Xristo Botev Sarayı.
Qeyd edək ki, ilk 2 turda Azərbaycan Ukrayna və Portuqaliyaya eyni hesabla qalib gəlib - 3:1.