Volesipedçini avtomobil vurub - TOVUZDA

Tovuzda velosipedi avtomobill vurub.
 
Hadisə rayonun Qovlar şəhərində, bazarın yaxınlığında qeydə alınıb. Dönük Qırıqlı kənd sakini, 1991-ci il təvəllüdlü Aslanov Elmar İlqar oğlu velosipedlə hərəkətdə olarkən avtomobil onu vurub. Ağır kəllə-beyin travması alan gənc Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.