Vəndamdakı heykəlini Facebook-da paylaşan Van Damme Azərbaycana dəvət olundu - AKTYORUN STATUSUNA YAZILAN ŞƏRHLƏR

Baxış sayı:
4312

Belçika əsilli tanınmış Hollywood aktyoru Jean-Claude Van Damme Qəbələnin Vəndam kəndində ona qoyulmuş abidənin fotosunu paylaşaraq öz minnətdarlığını bildirib. Vəndam kəndinin girişində yerləşdirilmiş abidədə Van Damme odunların üzərində şpaqat açmış şəkildə təsvir edilib. "Azərbaycanın Vəndam kəndində növbəti eyni ölçülü JCVD (Jean-Claude Van Damme) heykəli!.. Minnətdaram", aktyor Facebook-da yazıb. Bu isə xüsusə ilə Azərbaycandan olan Facebook istifadəçilərinin marağına səbəb olub. Sosial media istifadəçiləri aktyora paylaşma görə minnətdarlıqlarını bildirib, ona təriflər yağdırıblar. Facebook postuna ümumilikdə 2 mindən çox şərh yazılıb. "Baxmayaraq ki, adların oxşarlığı təsadüfdür, JCVD-nin böyüklüyünə hörmət olaraq ona abidə qoyulub", Emil A-ov adlı Facebook istifadəçisi yazıb. Tamerlan Elxanlı isə aktyoru Azərbaycana dəvət edib: "Bu gözəl məkana xüsusən də yay vaxtı səyahət etməlisiniz". "Yanvar ayında sizin heykəlinizi görmək üçün Belçikaya səyahət etməyi planlaşdırıram. İndi isə bu heykəli də görməliyəm", Christopher Crawford belə yazıb. Nicholson Elliott Neisler isə soruşur ki, "Niyə Amerikada belə gözəl şeylər yoxdur?". Vəndam kəndində məşhur aktyora heykəl qoylması xəbərini Azərbaycanın Belçikadakı səfirliyi də paylaşıb. Səfirliyin saytında yazılır ki, "abidənin bu yaşayış məntəqəsində qoyulması təşəbbüsü, güman ki, kəndin adının aktyorun soyadı ilə eyni səslənməsindən irəli gəlir". Vəndam kəndinin adının Van Damme-la eyni səslənməsinə baxmayaraq bu kəndin qədim tarixi var. Kəndin adının isə müxtəlif mənbələrə görə "Dam", yən ev sözünə bağlılığı iddia olunur. Abidənin müəllifi heykəltəraş Azad Əliyevdir. Bəzi sosial media istifadəçiləri Hollywood aktyoruna Vəndamda abidə ucaldılmasını "ağıllı piar" və bölgənin "turizm potensialına dəstək" kimi qiymətləndiriblər.