Vəliəhd şahzadənin Qaşıqçı cinayəti ilə əlaqəli olduğuna dair yeni gəlişmə

Baxış sayı:
481

Jurnalist Kaşıkçı istintaqında əldə edilən hər bir yeni məlumat, cinayətin Səudiyə Ərəbistanın vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın məlumatı daxilində işləndiyini göstərir. İstanbula gələn 15 nəfərlik sui-qəsd qrupunun rəhbəri Maher Abdulaziz Mütrebin, qətldən sonra 4 dəfə vəliəhd şahzadənin ofis müdiri Bədr əl Asakir-ə zəng etdiyi müəyyən olunub.
 
Asakir, vəliəhd şahzadənin ən yaxın adamlarından biri olaraq bilinir. Twitterdə 1.3 milyon təqibçisi olan Asakir, kral ailəsi haqqında məlumat və fotoşəkillər paylaşır.
Mutreb, İstanbuldakı baş konsulun otağından Asakirin cib telefonuna 4 dəfə zəng edib. Mutreb sonra ABŞ-da daha bir nömrəyə zəng edib. ABŞ-a zəng olunan şəxsin vəliəhd şahzadə Məhəmməd bin Salmanın Vaşinqton səfiri olan qardaşı Xəlid bin Salman olduğu düşünülür. Qeyd edək ki, Kaşıkçıya məhz Səudiyyənin Vaşinqton səfirliyi sənəfd vermədiyi üçün onu İstanbula yönləndirmişdi.
 
SALMAN'IN QARA QUTUSU
 
Cinayətdən sonra Səudiyyənin ABŞ-dakı səfiri Xalid bin Salman Vaşinqtonu tərk edib. Ər-Riyad'a qayıtdıqdan sonra Xalid bin Salmanın geri çəkildiyi, yoxsa, ABŞ tərəfindən göndərildiyi hələlk bəlli deyil.
Mutreb-in zəng etdiyi Bədr əl Asakir, bin Salmanın qara qutusu kimi tanınır. Bədr El Asakir köhnə vəliəhdin uzaqlaşdırılmasından sonra vəzifəyə təyin edilib. El Asakir-in adı ötən iyun ayında vəliəhd şahzadə bin Salmanın çevriliş cəhdində öldürüldüyü iddialarının səsləmdirildiyi dövrdə də gündəmə gəlmişdi.
Asakir, Twitter hesabından vəliəhd bin Salmanın bütün rəsmi görüşlərini paylaşır.
Müxalifət.az