Vəliəhd şahzadə Trampın kürəkəninə Qaşıqçı haqda nə deyib?

Baxış sayı:
2404

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın, Camal Qaşıqçının qətlindən sonra Ağ Ev ilə apardığı telefon danışığında Qaşıqçı üçün "təhlükəli bir İslamçı" - dediyi iddia edilib.
 
TRAMPIN KÜRƏKƏNİ İLƏ DANIŞIB
“Vaşinqton Post” qəzetində yer alan və həmin telefon danışığı haqqında məlumat sahibi olan adamlara əsaslandırılan xəbərdə vəliəhd şahzadənin, ABŞ prezidenti Donald Trampın kürəkəni və baş müşaviri Jared Kuşner ilə apardığı telefon danışığına dair detallar verilib.

Məlumata görə, Qaşıqçı hadisəsinin danışıldığı bildirilən telefon danışığında şahzadə Məhəmməd bin Salmanın, Qaşıqçı üçün "O təhlükəli bir İslamçıdır" dediyi iddia edilib. Telefon danışığında, Qaşıqçı hadisəsinin ABŞ-Səudiyyə münasibətlərinə zərər verməməsi lazım olduğunu bildirən vəliəhd şahzadə, Kuşnerə "Qaşıqçı-nın Müsəlman Qardaşlar təşkilatının üzvü olduğunu" deyib.
Xəbərə görə, şahzadə Məhəmməd bin Salman, 2 oktyabrda Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda Səudiyyəli jurnalist Qaşıqçı-nın öldürülməsindən sonra Trampın kürəkəni Kuşner ilə telefon danışığı aparıb. Danışıqda Ağ Evin Milli Təhlükəsizlik məsləhətçisi Con Bolton da iştirak edib.
Müxalifət.az