“Vəliəhd şahzadə Səudiyyə Ərəbistan siyasətinə başaşağılıq gətirdi” – Alman mediası

Baxış sayı:
6403

Almaniyada dərc olunan bir qəzetdə yer alan məqalədə, şahzadə Məhəmməd bin Salmanın, Səudiyyə Ərəbistanının siyasətinə baş aşağılıq gətirdiyi qeyd olunub.
 
“Frankfurter Allgemeine Zeitung”-da yer alan "Səudiyyə Ərəbistanı üzərindəki kölgələr" başlıqlı məqalədə, Qaşıqçı cinayətinin, şahzadə Məhəmməd bin Salmanın rəhbərliyi ilə Səudiyyə Ərəbistanını agır bir böhrana sürüklədiyi ifadə edilib.
ABŞ Konqresində, ən mühüm Ərəb müttəfiqinə qarşı sanksiya səslərinin yüksəldiyi, məşhur is adamlarının şahzadədən uzaqlaşdığı və aralarında Almaniya kimi ölkələrin artıq Səudiyyə Ərəbistanına silah satmaq istəmədiyi vurğulanan məqalədə, Qaşıqçı cinayətinin şahzadə Məhəmmədin üzərində qaldığını və onun hakimiyyətdə qalmasının artıq çətin olduğuna diqqət çəkilib.
Məqalədə, Qaşıqçı-nın öldürülməsindən sonra Səudiyyə Ərəbistanının "etibarlı bir müttəfiq" olub olmadığının sual olunduğu bildirilir və Səudiyyə Ərəbistanının parçalanması və qeyri-sabitliyə sürüklənməsi qorxusunun getdikcə artdığı bildirilir.
Şahzadə Məhəmmədin, Yəməndə dağıdıcı bir müharibə apardığı, Qətəri təzyiq altına aldığı, Tehrana müharibə təhdidləri yönəltdiyi, Fələstinlilərin maraqlarını nəzərə almadığı və şahzadələri həbsə tulladığı qeyd edilən məqalədə, "2015-dəki yüksəlisindən bəri şahzadə Məhəmməd, Səudiyyə Ərəbistanının siyasətini başı asagı edib" deyə qeyd edilib.
Məqalədə, Məhəmməd bin Salmanın Səudiyyə Ərəbistanının əsaslarını silkələdiyi vurğulanıb.
Həm ölkə daxilindən, həm də beynəlxalq ictimaiyyətdən şahzadə Məhəmməd bin Salmana qarşı mövqe tutanların olduğu bildirilən məqalədə, "Bir çox insan, şahzadə Məhəmmədin ölkəni idarə edəcəyi barədə şübhə edir, onu coşqun və amansız görürlər" deyə bildirilib.
Məqalədə, Səudiyyə Ərəbistanının kralı Salman bin Abdulaziz, Qaşıqçı cinayəti səbəbindən tənqid edilən Məhəmməd bin Salmanın yerinə Londondan sürgündən qayıdan Əhməd bin Əbdüləzizi hakimiyyətə keçirəcəyi irəli sürülüb.
Qaşıqçı cinayətinin ortaya çıxması üçün qərarlı bir mövqe nümayiş etdirən Türkiyənin güclənməsindən qeyd edilən məqalədə, "Mənəvi nüfuzu azalan vəliəhd şahzadə yerini qoruyacaq olsa da, qazanan yenə Erdogan olacaq. Erdogan qazandı, çünki Vaşinqton yenidən Ankaraya dogru addım atır" deyə qeyd edilib.
Müxalifət.az