“Vəliəhd şahzadə öldü” iddiasına SƏUDİYYƏDƏN CAVAB

Baxış sayı:
6373

Gecə saatlarında İran mətbuatı tərəfindən ortaya atılan "Səudiyyə vəliəhd şahzadə Salman öldü" xəbəri, Səudiyyə Ərəbistanı tərəfindən dolayı olaraq yalanlandı. Salmanın ofisindən bir fotoşəkil paylaşıldı.
 
İran mətbuatı Səudiyyənin Vəliəhd Şahzadəsi Məhəmməd ibn Salmanın öldüyünü yazmışdı. Ərəb kəşfiyyatına əsaslandırılan xəbərdə Səudiyyə Şahzadəsinin ötən ay həyata keçirilən hakimiyyət çevrilişi cəhdində xəsarət alaraq öldüyü qeyd olunurdu.
Bu iddia Səudiyyə tərəfindən dolayı yollarla yalanlandı.


 
ŞAHZADƏNİN OFİSİNDƏN AÇIQLAMA
 
Səudiyyə Ərəbistanının Vəliəhd Şahzadəsi Məhəmməd ibn Salmanın ofis direktoru Bedr əl-Asakir, sosial şəbəkə Twitter hesabından verdiyi açıqlamada, "Bir neçə gün əvvəl Misir prezidenti Əbdul- Fəttah es-Sisinin ev sahibliyində gerçəkləşən dostluq görüşü davam edir" deyə, bəyan edib.
Ofis direktoru Asakirin Twitter hesabında yaydığı fotoda, Şahzadə Məhəmməd bin Salmanın əllərini Bəhreyn kralı Hamed bin İsa Al Xəlifə ilə Misir prezidenti Sisinin çiyninə qoyduğu və yanlarında Abu Dabi Vəliəhd Şahzadəsi Şeyx Məhəmməd bin Zayid görünür.
 
“VƏLİƏHD ŞAHZADƏ ÖLDÜ" İDDİASI
 
Qeyd edək ki, İranın “Keyhan” qəzeti, 27 gündür görünməyən Səudiyyə Ərəbistanının Vəliəhd Şahzadəsi Məhəmməd bin Salmanın ər-Riyadda 21 apreldəki saray hücumunda ölmüş ola biləcəyini iddia etmişdi.
Müxalifət.az