​Vəliəhd böyük əməliyyatın məxfi tərəflərini açdı - ŞOK

Səudiyyə Ərəbistanında korrupsiya əleyhinə aparılan əməliyyatlar zamanı şahzadələr, məmurlar və biznesmenlər daxil olmaqla, 200 nəfər həbs edilib.
Muxalifət.az xəbər verir ki, bunu “Nyu York Tayms” qəzetinə müsahibəsində Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman söyləyib. Onun sözlərinə görə, bu əməliyyatın keçirilməsi üçün 2 il hazırlıq aparılıb:
“2015-ci ildə neft qiymətlərinin düşməsindən sonra kral Salman bin Əbdüləziz əs-Səud qərara gəldi ki, bu səviyyədə olan korrupsiya ilə Səudiyyə Ərəbistanı özünün bundan sonrakı iqtisadi artımını təmin edib, böyük iyirmilikdə qala bilməz. Onun 2015-ci ilin əvvəllərində öz komandasına ilk əmri yuxarıların korrupsiyası haqqında bütün informasiyanı toplamaq olub. Bu komanda ən dəqiq informasiyanı toplayana qədər iki il işlədi. Sonradan onların əlinə 200-ə yaxın soyad keçdi. İnformasiya yığımı başa çatdıqdan sonra burada olan hər kəsi həbs etmək haqqında əmr verildi. Biz onlara topladığımız bütün materialları göstərdik və onlar bununla tanış olduqdan sonra aralarındakı 95% şəxs bizimlə işləməyə razılıq verdi. Bizim onlara təklif etdiyimiz razılaşma öz aktivlərini dövlət xəzinəsinə təqdim etmələri idi. Onlardan aldığımız aktivlər nəticəsində xəzinəyə 100 milyarda yaxın pul daxil oldu. Həbs edilənlərdən yalnız 1%-i öz günahsızlıqlarını sübut edə bildi və onların işləri bağlandı. Daha 4% şəxs isə öz günahını etiraf etməkdən imtina etdi və məhkəmədə öz haqqını müdafiə edəcəyini bildirdi. Həbs edilənlərdən heç biri müflis olunmayacaq ki, ölkədə işsizlik yaranmasın”.