Vladimir Putin: 20 illik yol 20 fotoda

Baxış sayı:
2746

Rusiyada bu ilin sonunda Vladimir Putininhakimiyyətə gəlməsinin 20 ili tamam olur.

Keçmiş KQB agenti ilk dəfə 1999-cu il dekabrın 31-də Rusiya prezidenti olanda Bill Klinton hələ ABŞ prezidenti idi və Ağ Evdə idi. Ötən 20 il ərzində ABŞ-da daha üç prezident, Britaniyada isə beş Baş nazir seçilib.

Qlobal miqyasda qarşıdurmalardan və daxili qalmaqallardan tutmuş idman zəfərləri və təbliğat fotolarınadək Vladimir Putinin 20 illik hakimiyyətini təsvir edən fotolara nəzər salaq.

Putin və Boris Yeltsin

Keçmiş KQB zabiti, 1999-cu ilin oktyabrında Rusiyada bir sıra yaşayış binalarında bomba partlayışlarından sonra İkinci Çeçen müharibəsini başlayanda artıq ölkənin Baş naziri təyin edilmişdi.

Onun prezidentlik dövrünün ilk mərhələsi Rusiyanın Çeçenistanla hərbi münaqişəsi fonunda keçib.

Rusiya qüvvələri Çeçenistanın paytaxtı Qroznı şəhərini mühasirəyə aldı.

BMT 2003-cü ildə mühasirədən sonrakı Qroznı şəhərini yer üzündə ən çox məhv edilən şəhər adlandırıb.

Putin

İllər ərzində Rusiya 2004-cü ildə çoxu uşaq olmaqla, 330 nəfərin ölümüylə nəticələnən Beslan şəhərindəki məktəbin mühasirəsi kimi silahlıların hücumlarına məruz qalıb.

Prezident Putin Çeçenistandakı döyüş əməliyyatlarına 2009-cu ilə qədər rəsmi olaraq son qoymayıb.

Putin və Rusiya Nazirlər Kabineti - 2004-cü ilin sentyabrı

Vladimir Putin 2000-ci ilin martında keçirilən seçkilərdə prezident vəzifəsində təsdiq edildi və bir neçə aydan sonra bir PR böhranına düşdü.

Kursk sualtı qayığının qəzası 118 ekipaj üzvünün ölümünə səbəb olub.

Putin

Kursk sualtı qayığı 2000-ci ilin avqustunda batanda prezident Putin Qara dəniz tətilindən qayıtmağa tələsmədi.

Qayıqda batan dənizçilərin yaxınlarına məlumat verilməsi isə günlərlə çəkdi.

Putin və George W Bush - Texas, 2001

Vladimir Putin hakimiyyətinin ilk onilliyində Qərb liderlərinin xarici siyasətini tənqid etməsinə baxmayaraq, ümumiyyətlə, onlarla yaxşı münasibətdə idi.

Putin və Berlusconi
Kraliça Elizabeth II və Vladimir Putin - 2003

Rusiya 2006-cı ildə G8 iqtisadi qrupuna ölkənin üzvlüyünü təsdiqləyən ilk G8 sammitini keçirdi.

Angela Merkel, Tony Blair, Jacques Chirac, Vladimir Putin və George W Bush 2006-cı ildə Sankt-Peterburqda keçirilən G8 sammitində

Rusiya konstitusiyasına görə Putin ardıcıl olaraq üçüncü müddətə prezident kimi qala bilmədi, buna görə 2008-ci ildə dörd il müddətinə Baş nazir oldu.

Prezident Dmitri Medvedevin patronu Putini dəstəkləyən bir proteje fiqurdan başqa nəsə olmasını düşünməyən az adam oldu.

Vladimir Putin

Gürcüstan 2008-ci ildə Cənubi Osetiya üzərində nəzarətini bərpa etmək üçün qüvvələrini ora göndərəndə Rusiya Gürcüstana hərbi müdaxilə etdi.

Avqust müharibəsi Qərb üçün xəbərdarlıq zəngi idi, lakin Putinin Qərb liderləri ilə münasibətlərini pozan Rusiyanın 2014-cü ildə Ukraynanın şərqinə müdaxiləsi oldu.

Rusiyanın Krımı ilhaq edərək Ukraynadan alması ABŞ və Aİ-nin sanksiyalarına səbəb oldu və Rusiyanın G8 qrupuna üzvlükdən məhrum edilməsinə səbəb oldu.

Prezident Putin
Putin
Volodımır Zelenski

Suriyadakı vətəndaş müharibəsinin dördüncü ilində iflas həddində olan müttəfiqi prezident Bəşər Əsədi dəstəkləmək üçün Rusiya hərəkətə keçdi.

Putinin Rusiya təyyarələrini və silahlarını Suriyaya göndərmək qərarı döyüş meydanında güc balansını dəyişdi.

Putin və Bəşər əl-Əsəd - 2017

Donald Trump-ın 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkilərində qalib gəlməsindən sonra ABŞ xüsusi xidmət orqanları Rusiyanın bu seçki kampaniyasına müdaxilə etdiyi qənaətinə gəldi.

Putin və Donald Trump

2018-ci ildə isə İngiltərə Rusiyanı Salisbury şəhərində Rusiyanın keçmiş hərbi kəşfiyyat zabiti Sergey Skripal-ı zəhərləməkdə ittiham edib.

Theresa May və Vladimir Putin

Rusiya prezidenti vəzifədə olduğu müddət ərzində öz imici və Rusiyanın imicini daha yaxşılaşdırmağa çalışıb.

Bu illər ərzində Putinə həsr olunmuş şəkillərdə onun güclü bir insan kimi təsvir olunması nəzərə çarpır.

Putin
Putin - 2013
Vladimir Putin

O, həmçinin 2014-cü ildə Qış Olimpiya Oyunlarına və 2018-ci ildə futbol üzrə Dünya Kubokuna ev sahibliyi etməklə Rusiyanın idman nüfuzunu artırmağa çalışıb.

Soçi Oyunları uğurlu alındı, amma dopinq qalmaqalının əks-sədası öz təsirini bildirməkdə davam edir.

Ümumdünya Antidopinq Agentliyi (WADA) keçən həftə Rusiyanın bütün böyük idman tədbirlərinə iştirakına dörd illik qadağa qoyub.

2015-ci ildə hazırlanan bir hesabatda Rusiyanın yüngül atletika idmanında dövlət tərəfindən sponsorlanan dopinq proqramının olduğu vurğulanıb.

Putin

2018-ci ildə FIFA Dünya Kubokunun Rusiyada keçirilməsi beynəlxalq səviyyəli bir müvəffəqiyyət olsa da, dopinq qalmaqalı Rusiyanın 2022-ci ildə Qətərdə keçiriləcək növbəti Dünya Çempionatında iştirak edə bilməyəcəyi anlamına gəlir.