​Vəkillər Kollegiyasının sədrinə yeni vəzifə verildi - Məhkəmə-Hüquq Şurasında dəyişiklik

Baxış sayı:
15739

Azərbaycan Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov Məhkəmə-Hüquq Şurasının üzvü təyin olunub.
Bu barədə qərar VK-nın Rəyasət Heyətinin aprelin 1-də keçirilən iclasında qəbul olunub.
Belə ki, Rəyasət Heyəti, Kollegiyanın sədri A.Bağırovun Məhkəmə-Hüquq Şurasının üzvü təyin olunması barədə qərar qəbul edib. Həmin qərar aprelin 2-də Məhkəmə-Hüquq Şurasına göndərilib.
A.Bağırov bu vəzifədə Mərkəzi Seçki Komissiyasının üzvü, Vəkillər Kollegiyasının üzvü Ramiz İbrahimovu əvəz edəcək. R.İbrahimov Məhkəmə-Hüquq Şurasından öz ərizəsi ilə ayrılıb.
Qeyd edək ki, “Məhkəmə-Hüquq Şurası haqqında” qanuna əsasən, hər orqan Şuraya öz üzvünü təyin edir./Report/