​Vəkildən şok açıqlama: “Qadınları zorlamaq olar”

Misirin tanınmış hüquqşünası Nabih əl-Vəhşin xanımlarla bağlı son açıqlaması ölkədə ciddi narazılıq doğurub.
Muxalifet.az xəbər verir ki, Misirdə televiziya proqramına qatılan Nabih əl-Vəhş qadınlara qarşı zorakılığı müdafiə edib:
“Açıq, qıcıq yaradan geyimdə olan qızlara zor tətbiq etmək milli vəzifədir. Küçədə bədəninin yarısı açıq olan bir xanım gördükdə özünüzü xoşbəxt hiss edirsiniz? Mən deyirəm ki, bir qızı bu şəkildə küçədə gördükdə ona qarşı zorakılıq tətbiq etmək hər kəsin vətəndaşlıq borcudur”.
Hüquqşünasın bu açıqlamasından sonra Misirdə qadınlar etiraza qalxıblar. Misir Qadınlar Şurası həm televiziya kanalını, həm də vəkili məhkəməyə verib.